Məşhur futbolçu Madridin namizədliyini dəstəkləyir

Məşhur futbolçu Madridin namizədliyini dəstəkləyir

İspanyinın "Real” klubunun məşhur futbolçusu Kriştanu Ronaldo Madrid şəhərinin 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına namizədliyini dəstəkləyib. Portuqaliyalı futbolçudan başqa, İspaniya paytaxtını tanınmış basketbolçu Pou Qazol, tennisçi Rafael Nadal və velosipedçi Migel İnduraynda dəstəkləyirlər. Məlumat üçün deyək ki, Olimpiada-2020-nin ev sahibliyi uğrunda İstanbul və Tokio şəhərləri mübarizə aparırlar.
Qeyd edək ki, Olimpiya oyunlarında ev sahibinin adı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sentyabrın 7-də Buenos-Ayresdə keçiriləcək iclasında müəyyən ediləcək.