Atletin Tokio-2020 arzusu yarımçıq qaldı

Atletin Tokio-2020 arzusu yarımçıq qaldı

Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlaşan qətərli atlet Abdalelah Harun vəfat edib. 400 metr məsafəyə qaçışda mübarizə aparan idmançı 24 yaşında avtomobil qəzasında dünyasını dəyişib. Harun 2015-ci ildə Asiya çempionu, 2018-ci ildə isə Asiya Oyunlarının qalibi olub. O, 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londondakı dünya çempionatında bürünc medal qazanıb.