“Soçidə heç bir qalmaqal baş verməyəcək”

“Soçidə heç bir qalmaqal baş verməyəcək”

Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti, şüvüllə tullanma üzrə dünya rekordçusu Sergey Bubka əmindir ki, Soçi Olimpiadası normal şəraitdə keçəcək. Xatırladaq ki, bəzi xarici ölkələrin KİV-lərində olimpiadanın baykot edilməsi ilə bağlı xəbərlər yer alıb. Bu, Rusiyada qəbul olunmuş "Qeyri-ənənəvi intim münasibətlərin təbliğinin qadağan edilməsi” ilə bağlı qanunla əlaqədardır. Bu məsələyə münasibət bildirən Sergey Bubka Olimpiya oyunları zamanı heç bir siyasi və ya irqi qalmaqalın olmayacağını vurğulayıb. "Olimpiya oyunları insanlar arasında xoş münasibət yaradır. Mən əminəm ki, XXII Qış Olimpiadasında da belə olacaq. Bu, Rusiya üçün vacibdir. Təşkilat Komitəsi, ümumiyyətlə, bütün Rusiya Soçi-2014 Olimpiadasının tarixə ən yaxşı oyunlar kimi düşməsinə çalışır”, - deyə Sergey Bubka bildirib.