Daha bir cüdoçumuz bu gün mübarizəyə qoşulacaq

Daha bir cüdoçumuz bu gün mübarizəyə qoşulacaq

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatı davam edir. 1 günlük istirahətdən sonra bu gün komandamızın daha bir idmançısı tatami üzərinə çıxacaq. Təmsilçilərimizdən Şahin Qəhrəmanov 90 kq çəki dərəcəsində qalib adı uğrunda yarışacaq. Cüdoçumuz ilk görüşündə avstraliyalı idmançı Mark Entoni ilə üz-üzə gələcək.
Xatırladaq ki, İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şixəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) çıxışlarını başa vurub. Komandamızın aktivində hələlik yalnız bir bürünc medal var. Bu medalı komandamıza Orxan Səfərov qazandırıb.