Qalib adı uğrunda 80 idmançı yarışıb

Qalib adı uğrunda 80 idmançı yarışıb

Balakən Olimpiya İdman Kompleksində cüdo üzrə rayon birinciliyi keçirilib. Balakən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Balakən və Zaqatala rayonlarından ümumilikdə 80-dək idmançı qalib adı uğrunda yarışıb. 10 çəki dərəcəsi üzrə keçirilən yarışın qalibləri rayon Gənclər və İdman İdarəsinin və idman kompleksinin diplomları ilə mükafatlandırılıblar.