Kənan Vəlixanov dünya dördüncüsüdür

Kənan Vəlixanov dünya dördüncüsüdür

Şahmat bəstəçiliyi üzrə 2011-2012-ci illəri əhatə edən miniatür məsələlərin (7 fiqurdan çox olmayan) tərtibi üzrə 9-cu dünya çempionatının nəticələri elan olunub. Ölkəmizi bu yarışda 4 şahmatçı təmsil edib: Kənan Vəlixanov (İmişli), Elmar Abdullayev (Şirvan), Ramil Səfərəliyev (Şabran) vəVidadi Zamanov (Göyçay). ABŞ-da yaşayan tanınmış həmyerlimiz Rauf Əlövsətzadə də çempionatın üç bölməsində öz qüvvəsini sınayıb. Şahmat bəstəçilərimiz arasında ən yaxşı nəticəni Dünya kubokunun 3-cü mükafatçısı, İmişli şahmatçısı Kənan Vəlixanov üçgedişli bölmədə göstərib. O, çempionatda 19,5 xalla 4-cü yeri tutub.

Çempionatın və şahmat bəstəçilərimizin nəticələri

İkigedişli (#2) Hakim: Pavel Muraşev (Rusiya)
1. Nikolay Çernyavskiy (Ukrayna) 18 xal, 2.Vladimir Şumarin (Rusiya) 17 xal, 3.Robert Linkoln (ABŞ) 16,5 xal. 9.Rauf Əlövsətzadə (ABŞ) 9,5 xal, 11.Ramil Səfərəliyev (Şabran) 4 xal.

Üçgedişli (#3) Hakim: Sergey Bilık (Rusiya)
1. Aleksandr Melniçuk (Rusiya) 23,5 xal, 2. Nikolay Koblov (Rusiya) 21 xal, 3.Valeri İvanov (Rusiya) 21 xal.
4. Kənan Vəlixanov (İmişli, Azərbaycan) 19,5 xal, 8.Rauf Əlövsətzadə (ABŞ) 13,5 xal, 12. Vidadi Zamanov(Göyçay) 7 xal.

Çoxgedişli (#N) Hakim: Anatoli Stepoçkin (Rusiya)
1. Valeri İvanov (Rusiya) 23 xal, 2.Richard Becker (ABŞ) 20 xal, 3. Mixail Kostılev (Rusiya) 18 xal.
8. Vidadi Zamanov (Göyçay) 12 xal.

Yardımlımat (H#) 2010-2012. Hakim: Valeri Kirillov (Rusiya)
1. Viktoras Paliulionis(Litva) 27 xal, 2.Vadim Vinokurov (Rusiya) 26,5 xal, 3-4.Sergey Bilık (Rusiya) və Anatoli Stepoçkin (Rusiya) 26 xal. 12. Rauf Əlövsətzadə (ABŞ) 22 xal, 17. Elmar Abdullayev (Şirvan)14,5 xal.








1039. Aleksandr Tsaplin (Ukrayna, MFS) 1.Fd1!. 1040. Salman Cavadzadə (Gəncə) və Süleyman Abdullayev (Bakı) 1.f4!. 1041. Abdelaziz Onkoud (Mərakeş/Fransa) 1.Bd1! 1042. Vitali Şevçenko və İvan Borisenko (Ukrayna) 1.Fd8! z1...Ac3~ 2.Aa4#, 1...axb6 2.Fxe7#, 1...e6 2.Fc7 z 2...Ac3~ 3.Aa4#, 2...axb6 3.Fd6 #, 2...Fd7 3.Axd7#, 2...Fe8~ 3.Ad7#. 1043. Arieh Grinblat və Yevgeni Bourd (İsrail) 1.g5! (2.Şe7-3.Fd4#, 2...exd5 3.Ag6#, 1...Ad2 2.Axc3 - 3.Ag6#, 2...exd5 3.Fd4#, 1...Tc6 2.Ag6+ Şxd5 3.Td4#, 1...exd5 2.Fd4+ Şe4 3.Ac5#. 1044. Ferhat Karmil (Türkiyə) 1.Şf4!! b6 (1... Şa1 2.Vd4!) 2.Vc8! Şa1 3.Vh8 Şb1 4.Şe3 Şc1 5.Vc8+ Şb1! 6.Şd2 Şa1 7.Vh8! Fb1 8.Vh1! Şa2 9.Va8#!.
İ.Əliyev (Sumqayıt),
Beynəlxalq hakim