Sergey Bubka: “Mən cavabdehlikdən qorxmuram”

Sergey Bubka: “Mən cavabdehlikdən qorxmuram”

Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Sergey Bubka Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri seçildiyi təqdirdə məsuliyyətinin artacağını bəyan edib.
Sergey Bubka bu məsələ ilə bağlı deyib: "Özümü bu vəzifəyə hazır hiss edirəm. Mən BOK-un, Beynəlxalq Atletika Federasiyasının (İİAF) məktəbini keçmişəm. Demək olar ki, BOK-un əsas komissiyalarında fəaliyyət göstərmişəm. Buna görə də, məsuliyyətdən qorxmuram”.
Xatırladaq ki, BOK prezidentliyinə seçkilər bu ilin sentyabrında İcraiyyə Komitəsinin Buenos-Ayresdə təşkil olunacaq sessiyasında keçiriləcək.