ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin rəhbərliyi 2014-cü ildə keçiriləcək yay Olimpiya oyunlarına ev sahibliyi etmək üçün sifariş ərizəsi hazırlayır. Yaradılan işçi qrup ərizənin detalları üzərində işləyir. Qeyd edək ki, ABŞ Milli Olimpiya Komitəsi (MOK), Vaşinqtonla yanaşı, bu ölkənin daha 35 şəhərinə məktub göndərib. Məktubda həmin şəhərlərin Olimpiada-2024-ə hazırlıqlarının səviyyəsi barədə məlumat verilməsi istənilir.
Bununla belə, MOK Olimpiya oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürməklə bağlı yekun qərar qəbul etməyib. "Vaşinqton dünyanın ən təhlükəsiz şəhəridir. Təhlükəsizlik məsələsi isə, Olimpiya oyunlarına namizədlik üçün ən böyük faktordur. Düşünürəm ki, Vaşinqton digər şəhərlər arasında favoritdir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın paytaxtı Olimpiya oyunlarının keçirilmədiyi yeganə iri şəhərdir”, - deyə Vaşinqtonda yaradılan Təşkilat Komitəsinin rəhbəri Bob Suini bildirib.
Xatırladaq ki, ABŞ indiyədək bir dəfə yay (Atlanta-1996), bir dəfə isə qış Olimpiadasına (Solt-Leyk-Siti-2002) ev sahibliyi edib. Olimpiada-2024-ün keçiriləcəyi şəhərin adı 2017-ci ildə açıqlanacaq. Namizədlər arasında Paris, Roma, Doha və Cənubi Afrika Respublikasının bir şəhərinin adı yer alır.