Novreçin Tromse şəhərində şahmat üzrə dünya kuboku yarışları başa çatıb. Yarışın nəticələrinə görə, Rusiya şahmatçısı Vladimir Kramnik dünya kubokunun qalibi olub. O, final mərhələsinin dördüncü oyununda həmvətəni Dmitri Andreykini heç-heçə edib. Yekun partiya 34-cü gedişdə başa çatıb. Qeyd edək ki, V.Kramnik sonuncu partiyada qara fiqurlarla oynayıb. O, 4 oyunun 3-də heç-heçə ilə başa vurub, birində isə qələbə qazanıb.
Xatırladaq ki, şahmatçı öz karyerasında dünya kubokunu ilk dəfədir ki, qazanır.