MDB Oyunları: Tayboksçularımızdan daha iki gümüş medal

MDB Oyunları: Tayboksçularımızdan daha iki gümüş medal

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunları davam edir. Yarışda iştirak edən tayboksçumuz Rəvan Ağazadə qızıl medala sahib çıxıb. 67 kq çəki dərəcəsində çıxış edən idmançımız qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençiklə qüvvəsini sınayıb. Rəqibinə məğlub olan R.Ağazadə ikinci yeri tutub.
Azərbaycanın qadın tayboksçusu Leyana Sayer də I MDB Oyunlarının gümüş medalına sahib çıxıb. 51 kq-da mübarizə aparan idmançımız belaruslu Albina Posoxla qarşılaşıb.
Rəqibinə uduzan L.Sayer gümüş medala sahib çıxıb.