Baş məşqçi okeanın o tayına gedəcək

Baş məşqçi okeanın o tayına gedəcək

Şahmat üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Tukmakov ABŞ-da məşhur şahmatçı Yuri Razuyevin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək.
Avqustun 8-dən 11-dək ABŞ-ın Merilend ştatının Rokvill şəhərində təşkil olunacaq turnirdə Yuri Razuyevin dostları- qrossmeysterlər Vladimir Tukmakov, Adrian Mixalçişin, Boris Gulko, Serqey Makarıçov, tanınmış şahmatçılar İrina Kruş, Anna Zatonski, Nazi Paikidze və Elmira Skripçenko mübarizə aparacaqlar.
Yarış Merilend ştatının Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.