Gürcü idmançı dünya çempionatında rusiyalı həmkarına qarşı qəribə üsula əl atıb.
Braziliyanın Rio-de Janeyro şəhərində təşkil edilən cüdo üzrə dünya çempionatında gürcü idmançısı Varlam Liparteliani qeyri-adi üsula əl atıb. Gərgin keçən mübarizədən sonra komanda yarışının finalında 90 kq çəkidə mübarizə aparan Liparteliani Rusiya idmançısı Kirill Denisovun ayağın dişləyib. Rəqibinin bu cür taktikası Denisovun pərt olması ilə bərabər, onun dueli uduzmasına da təsirsiz ötüşməyib.
Beynəlxalq qaydalara əsasən bu cür hal qayda pozuntusudur və hakimlər bunu nəzərə almalı idilər. Lakin bu görüşdən sonra, komanda hesabının nəticəsinə görə, gürcülər dünya çempionu adına layiq görülüblər. Rusiya yığması isə 2-ci yerlə kifayətlənməli olub. Yarışdan sonra Kirill Denisov açıqlama verərək, bu cür hərəkətə görə, idmançının dərhal diskalfikasiya edilməsinin vacibliyini bildirib. "Hakimlərin qəbul etdiyi qərarı izah etmək mümkün deyil”, - deyə o bildirib.
Onu da deyək ki, gürcü cüdoçu Liparteliani etdiyi hərəkətə görə rəqibindən üzr istəyib.