Fərid Qayıbov Rusiya və Yaponiyanın ölkəmizdəki səfirləri ilə görüşüb

Fərid Qayıbov Rusiya və Yaponiyanın ölkəmizdəki səfirləri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru İrek Zinnurov, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və səfirliyin əməkdaşları ilə görüşüb. Nazirlikdə keçirilən görüşlərdə həm Rusiya, həm də Yaponiya ilə ikitərəfli əlaqələrin əhəmiyyəti vurğulanıb, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşlərdə Yaponiyanın paytaxtı Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarının və Rusiyanın Kazan şəhərində təşkil edilmiş Birinci MDB Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan nazir Fərid Qayıbov hər iki yarışda Azərbaycan idmançılarının çıxışlarından danışıb.

Fərid Qayıbov Rusiya və Yaponiyanın ölkəmizdəki səfirləri ilə görüşüb