Millimizin üzvləri Avropa çempionatında yarışacaqlar

Millimizin üzvləri Avropa çempionatında yarışacaqlar

Noyabrın 5-6-da Almaniyanın Halle şəhərində Vado-kai karate üzrə 48-ci Avropa çempionatı keçiriləcək. Qitə çempionatında ölkəmizi Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, 5-ci dan qara kəmər sahibi, Vilayət Əmirovun rəhbərliyi altında bir neçə idmançı, məşqçi və hakim heyəti təmsil edəcəklər. Komandanın üzvləri arasında, milli komandanın idmançıları Fərid Ağayev (-75kq) və Abbas Dadaşov (-84kq), 18-21 yaşlı gənclər, həmçinin boyüklər arasında yarışacaqlar. Karateçilərimiz çempionatda fərdi çıxışla yanaşı, komanda yarışlarında iştirak edəcəklər.

Almaniyaya yollanan komandanın heyətində Əməkdar məşqçi, Avropa Vado-Kai Karate Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Gündüz Mahmudov və milli dərəcəli hakim Vidadi Mahmudov da yer alıb.