Şimali Koreya təkzib edir

Şimali Koreya təkzib edir

2018-ci ildə Şimali Koreyanın paytaxtında keçiriləcək qış OLimpiya oyunlarının Təşkilat Komitəsi bəzi yarışların Cənubi Koreyanın dağ kurortu Masikdə keçiriləcəyini təkzib edib.
"Olimpiya oyunlarının birgə keçirilməsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qaydalarına ziddir. Qaydalara görə, futbol üzrə dünya çempionatından fərqli olaraq, Olimpiya oyunları bir şəhərdə keçirilməlidir. Pxenyandan 30 km aralıda yerləşən Masik dağ kurortunun bəzi yarışlara ev sahibliyi edəcəyi şayiədir. Yarışların hamısı Pxenyanda təşkil olunacaq”, - deyə Şimali Koreya Milli Olimpiya Komitəsinin üzvü Çan Yunq bildirib.