Biletlər sentyabrın 27-də satışa çıxarılacaq

Biletlər sentyabrın 27-də satışa çıxarılacaq

Soçi-2014 Olimpiya Oyunları Təşkilat Komitəsinin yaydığı məlumatda deyilir ki, Soçi Paralimpiya Oyunlarının biletləri sentyabrın 27-də satışa çıxarılacaq. Paralimpiya oyunlarında 45 ölkəni təmsil edən 1650 idmançı mübarizə aparacaq. Soçi-2014 Qış Paralimpiya Oyunları 9 gün ərzində keçiriləcək. Bu isə əvvəlki qış paralimpiya oyunları ilə müqayisədə rekord göstəricidir. Paralimpiyaçılar Soçidə 5 idman növündə 72 dəst medal uğrunda yarışacaqlar. Qeyd edək ki, snoubord üzrə yarışlar ilk dəfə məhz Soçidə keçiriləcək.