Afrika Millətlər kuboku: Qvineya da turnirə qələbə ilə başladı

Afrika Millətlər kuboku: Qvineya da turnirə qələbə ilə başladı

Qvineya yığması Afrika Millətlər Kubokunda ilk oyununu keçirib. B qrupunda yer alan komanda birinci turda Malavi seçməsi ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. 35-ci dəqiqədə fərqlənən İssiaqa Silla Qvineya millisinə qələbə qazandırıb. Oyunda “Neftçi” klubunun üzvü Mamadu Kane də Afrika Millətlər Kubokunda ilk oyununa çıxıb. Qarşılaşmaya start heyətində başlayan M.Kane sonadək meydanda qalıb. Bu qrupun digər görüşündə Seneqal yığması Zimbabveyə eyni hesabla qalib gəlib. Qeyd edək ki, müqavilə ilə Yunanıstan "Olimpiakos" klubuna məxsus olan Mamadu Kane "Neftçi"də icarə əsasında çıxış edir.