İstanbul təmsilçisi Yoahim Lövlə razılığa gəldi

İstanbul təmsilçisi Yoahim Lövlə razılığa gəldi

Türkiyənin "Fənərbağça" klubunu yeni mövsümdə almaniyalı mütəxəssis Yoahim Löv çalışdıracaq. İstanbul təmsilçisi bu barədə Y.Lövlə razılığa gəlib. Klub prezienti Ali Koçla şəxsən görüşən mütəxəsis təklifi qəbul edib. "Sarı-lacivərdlilər" sabiq baş məşqçisinə illik 5 milyon avro məvacib ödəyəcək. Y.Löv 2022/2023 mövsümündən Superliqa təmsilçisinə başçılıq edəcək. 
Qeyd edək ki, Yoahim Löv 1998 - 1999-cu illərdə də "Fənərbağça"nın sükanı arxasında olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisinə 2014-cü ildə dünya çempionluğunu qazandırıb. Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib. Onu mövsümün sonunadək İsmayıl Kartal əvəzləyib.