Burkina Fasodan minimal hesablı qələbə

Burkina Fasodan minimal hesablı qələbə

Afrika Millətlər Kubokunun A qrupunda ikinci turun oyunlarına yekun vurulub. Qrupun ikinci oyununda Kabo Verde komandası Burkina Faso komandası ilə üz-üzə gəlib. Oyunda qapılara cəmi bir top vurulub. Matçda yeganə qolun müəllifi Burkina Fasonun heyətində 39-cu dəqiqədə fərqlənən Bande Boureima olub. Beləliklə, qonaqlar minimal hesablı qələbə qazanaraq turnirdə ilk qələbəsini qazanıblar. 
Qeyd edək ki, bu qrupun digər oyununda Kamerun millisi Efiopiya Komandasını 4:1 hesabı ilə məğlub edib.