Şahmatçılarımız 3-cü turda uduzdular

Şahmatçılarımız 3-cü turda uduzdular



Türkiyənin Kocaeli şəhərində gənclər arasında şahmat üzrə Dünya Çempionatının 3-cü turunun oyunları keçirilib.
Planetin birincisi olmaq uğrunda mübarizədə 2 Azərbaycan təmsilçisi də iştirak edib. Təəssüf ki, şahmatçılarımız Murad Nuri (2206) və Səbinə İbrahimova (2202) hər ikisi 3-cü turda məğlub olublar. Səbinə İbrahimova 77 iştirakçı arasında 1,5 xalla 30-cu yeri, Murad Nuri isə 1 xalla 118 şahmatçı arasında 78-ci yeri tuturlar.
Qeyd edək ki, Dünya Çempionatı 13 turdan ibarətdir və yarış sentyabrın 26-da başa çatacaq.