Qrossmeysterlərimiz Riqada mükafatçılar sırasına düşə bilmədilər

Qrossmeysterlərimiz Riqada mükafatçılar sırasına düşə bilmədilər

Riqada təşkil olunan sürətli şahmat üzrə Peşəkar Şahmatçılar Assosiasiyasının (ACP The Association of Chess Professionals) kubokuna yekun vurulub.
Ümumilikdə 16 zəka sahibinin mübarizə apardığı yarışda ölkəmizi iki qrossmeyster - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil ediblər.
Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov 1/8 finalda İqor Kovalenko üzərində 1,5: 0,5 hesabı ilə qələbə qazanıb. Digər qrossmeysterimiz Teymur Rəcəbov isə Aleksey Şirovla görüşdən qalib ayrılıb. Lakin şahmatçılarımız uğurlu çıxışı növbəti mərhələdə davam etdirə bilməyiblər. Təmsilçilərimizdən Teymur Rəcəbov ACP kubokunun 1/4 finalında Rusiya şahmatçısı Pyotr Svidlerə məğlub olaraq turniri medalsız başa vurub. Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov isə ukraynalı şahmatçı Ruslan Ponomaryova məğlub olaraq mübarizəni dayandırıb.
Bununla da qrossmeysterlərimiz yarımfinala çıxa bilməyiblər.