Təmsilçimiz “Kings” turnirinə yollanır

Təmsilçimiz “Kings” turnirinə yollanır

Oktyabrın 6-da Rumıniyada şahmat üzrə "Kings” beynəlxalq turniri keçiriləcək. Yarışda ölkəmizi qrossmeysterimiz Teymur Rəcəbov (2733) təmsil edəcək. Turnirdə həmyerlimizlə yanaşı, Fabiano Karuana (İtaliya, 2796), Ruslan Ponomoryov (Ukrayna, 2756), Van Hao (Çin, 2747) kimi zəka sahibləri də iştirak edəcəklər.
Oktyabrın 17-dək davam edəcək turnirə ev sahibi kimi Liviu-Ditye Nisipyanu (2665) qatılacaq.
Qeyd edək ki, Teymur Rəcəbov bu cür yarışda 3-cü dəfə qüvvəsini sınayacaq. 2010-cu ildə turniri gümüş medalla başa vuran Teymur, 2009 və 2011-ci illərdə 4-cü yerlə kifayətlənib.