Yeniyetmə şahmatçılarımız Türkiyədə uğurla çıxış edirlər

Yeniyetmə şahmatçılarımız Türkiyədə uğurla çıxış edirlər


Türkiyənin Kocaeli şəhərində keçirilən 20 yaşınadək yeniyetmələr arasında dünya çempionatının 5-ci turuna yekun vurulub.
Təmsilçilərimiz Murad Nuri və Səbinə İbrahimova 5-ci turu qələbə ilə başa vurublar. Murad Nuri Belarus şahmatçısı Vtali Meribanovu, Səbinə İbrahimova isə Hindistan şahmatçısı J.Saranyanı məğlub edib.
5 turdan sonra Murad Nurinin aktivində 3, Səbinə İbrahimovanın aktivində isə 3.5 xal var.