Gənc cüdoçularımız Bosniyada yarışacaqlar

Gənc cüdoçularımız Bosniyada yarışacaqlar

Sentyabrın 20-22-də Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Millimizin də iştirak etdiyi yarışda komandamız 13 cüdoçu ilə təmsil olunacaq.
Təmsilçilərimiz Mehman Sadıqov, Davud Məmmədov (hər ikisi 55 kq), Oruc Vəlizadə, Rəşad Rufullayev (hər ikisi 60 kq), Cəlil Cəlilov (66 kq), Afiq Səfərli, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Əbdülhaqq Rəsullu, Məhəmmədəli Mehdiyev (hər ikisi 81 kq), Firudin Dadaşov (90 kq), Elvira Butdayeva (44 kq), Ayşə Qurbanlı (48 kq) və Xanım Hüseynova (63 kq) qalib adı uğrunda mübarizə aparacaqlar.