“Baku Open” 2013 beynəlxalq şahmat festivalı start götürüb

“Baku Open” 2013 beynəlxalq şahmat festivalı start götürüb

Sentyabrın 19-da Novxanı qəsəbəsində yerləşən AF Hoteldə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş "Baku Open 2013” beynəlxalq şahmat festivalı start götürüb. Festival A (güclülər) və B (əmsalı 2250-dən aşağı olan şahmatçılar) turnirlərindən ibarətdir. Yarışda ölkəmizlə yanaşı, 18 ölkədən 224 şahmatçı (33 beynlxalq dərəcəli qrossmeyster, 28 beynəlxalq dərəcəli usta və 9 FİDE ustası) qalib adı uğurunda mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, İsveçrə sistemi üzrə keçirilən turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir.