Komandamız Cənubi Qafqaz ölkələri birinciliyinin qalibi olub

Komandamız Cənubi Qafqaz ölkələri birinciliyinin qalibi olub

Gürcüstanın Batumi şəhərində gözdən əlil idmançılar arasında şahmat və dama üzrə Cənubi Qafqaz ölkələrinin birinciliyi keçirilib.
Turnirdə şahmat və dama üzrə Azərbaycan, Gürcüstan, Ermənistan komandaları mübarizə aparıblar.
Hər iki rəqibini məğlub edən komandamız 35,5 xalla yarışın qalibi olub. Gürcüstan kollektivi 31,5 xalla ikinci, Ermənistan komandası isə 29 xalla üçüncü yeri tutub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən Azərbaycan komandası kubok və diplomla mükafatlandırılıb.