Azərbaycanı Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatında təmsil edəcək ağırlıqqaldıran bəlli olub.
Olimpnews.az xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Emil Əliyev məlumat verib.
Onun sözlərinə görə, mayın 28-də start götürəcək yarışda Dadaş Dadaşbəyli (102 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 5-dək davam edəcək. Dadaşbəyli ötən Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə birinciliyində bürünc medal qazanıb.