"Barselona" rəhbərliyi Yamalı daha ehtiyatlı davranmağa çağırdı 

"Barselona" rəhbərliyi Yamalı daha ehtiyatlı davranmağa çağırdı 

İspaniyanın "Barselona" klubunun rəhbərliyi gənc futbolçu Lamin Yamal ilə görüşərək, ona bu zamanlarda daha ehtiyatlı olmağa çağırıb. 
Olimpnews.az xəbər verir ki, oyunçudan mediada çıxışlardan və lazımsız şərhlərdən çəkinməyi lazım olduğunu bildiriblər. 
Qeyd olunub ki gənc futbolçunun  dediyi və ya etdiyi hər şey çox diqqət çəkir və ona zərər verə bilər.