Zəka sahibləri Salyanda bir araya gəliblər

Zəka sahibləri Salyanda bir araya gəliblər
Salyan Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeni dərs ilinin başlanması münasibətilə şahmat məktəbində şahmat üzrə rayon birinciliyi keçirilib. Beynəlxalq şahmat qaydalarına əsasən keçirilən yarışda üç yaş qrupu üzrə ümumilikdə, 65 idmançı yarışıb. Turnirin təşkil olunmasında əsas məqsəd rayonda şahmatı inkişaf etdirmək və rayonun yığma komandasını müəyyən etməkdən ibarət olub.
Böyüklər arasında keçirilən yarışda İsrafil İsrafilov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şövqi Tağızadə ikinci, Habil Məlikov isə üçüncü yeri tutub.
Orta yaş qrupu arasında Röya Kərimova turnirin qalibi adını qazanıb. Aytac Abasova ikinci, Kamil Cəfərov üçüncü yerə layiq görülüb.
Kiçik yaş qrupu üzrə keçirilən yarışlarda isə Ənvər Kamalov I, Zeynəb Hüseynli II, Fərhad Həsənov isə III olub.
Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.