“Baku Open-2013” şahmat festivalı sona yaxınlaşır

“Baku Open-2013” şahmat festivalı sona yaxınlaşır
Azərbaycan Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Baku Open- 2013” beynəlxalq şahmat festivalı sona yaxınlaşır.
Festivalın yeddinci turunda şahmatçımız Nicat Abbasov rusiyalı rəqibi Pavel Smirnova məğlub olub. Digər zəka sahibimiz Eltac Səfərli Şkft şahmatçısı Exsam Qaem Maqamiyə qalib gəlib. İzzət Kənan, Rauf Məmmədov, Vüqar Rəsulov, Qədir Hüseynov və Eltac Səfərlinin aktivində üç xal var. Yarışların favoriti isə Belarus şahmatçısı Sergey Jigalkodur.
Qeyd edək ki, 18 ölkədən 224 zəka sahibinin iştirak etdiyi şahmat festivalına sentyabrın 27-də yekun vurulacaq.
İsveçrə sistemi üzrə keçirilən turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir.