Bu gün UEFA Millətlər Liqasında III turun növbəti matçları keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə A, B, C və D liqalarında 7 qarşılaşma nəzərdə tutulub.
A Liqasında 1-ci qrupun görüşlərində 3 xala malik Avstriya 1 xalı olan Fransanı, 6 xalla lider mövqeyində qərarlaşan Danimarka 1 xalla sonuncu yerdə gedən Xorvatiyanı qəbul edəcək.
B Liqasında 2-ci qrupun cəmi 1 oyunu baş tutacaq. Bu görüş 1 xalla 2-3-cü yerləri bölüşdürən Albaniya və İsrail arasında olacaq. Rusiya yarışdan kənarlaşdırıldığı üçün İslandiya istirahət edəcək.
C Liqasında 3-cü qrupun qarşılaşmalarına gəldikdə, 1 xala malik Azərbaycan yığması 3 xalı olan Slovakiyanı qəbul edəcək. Eyni xalı olan Belarus isə 6 xalla qrupa başçılıq edən Qazaxıstanı qəbul edəcək.
Nəhayət, D Liqasında 1-ci qrupun görüşlərində Moldova Latviyanı, Andorra Lixtenşteyni sınağa çəkəcək. 2 turdan sonra Latviya 6 xalla liderdirsə, Moldovanın 4, Andorranı 1 xalı var. Son pillədəki Lixtenşteyn isə xalsızdır.
10 iyun
Millətlər Liqası, III tur
A Liqası, 1-ci qrup
22:45. Avstriya - Fransa
22:45. Danimarka - Xorvatiya
Xal durumu: Danimarka - 6, Avstriya - 3, Fransa - 1, Xorvatiya - 1
B Liqası, 2-ci qrup
22:45. Albaniya - İsrail
Xal durumu: İslandiya - 2, İsrail - 1 (1 oyuna), Albaniya - 1 (1)
C Liqası, 3-cü qrup
20:00. Azərbaycan - Slovakiya
22:45. Belarus - Qazaxıstan
Xal durumu: Qazaxıstan - 6, Slovakiya - 3, Belarus - 1, AZƏRBAYCAN - 1
D Liqası, 1-ci qrup
20:00. Moldova - Latviya
22:45. Andorra - Lixtenşteyn
Xal durumu: Latviya - 6, Moldova - 4, Andorra - 1, Lixtenşteyn - 0.