Bu gün UEFA Millətlər Liqasında III turun son görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, son oyun günündə A, B və C Liqalarında 10 qarşılaşma baş tutacaq.
A Liqasının 3-cü qrupunda İngiltərə İtaliyanı, Macarıstan Almaniyanı qəbul edəcək. 4-c qrupda isə Polşa Niderlandın, Belçika Uelsin qonağı olacaq.
B Liqasının 1-ci qrupunda Ukrayna millisi ölkədəki müharibə səbəbindən Ermənistanla Polşanın Lodz şəhərində üz-üzə gələcək. Bu qrupun digər matçında İrlandiya evdə Şotlandiyanı sınağa çəkəcək. 3-cü qrupda isə Monteneqro Bosniya və Herseqovina ilə, Rumıniya Finlandiya ilə qarşılaşacaq.
C Liqasının 1-ci qrupunda ilk 2 oyundan maksimum nəticə qazanan Türkiyə yığması səfərdə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək. Digər görüşdə isə Farer adaları Litvanı qəbul edəcək.
11 iyun
Millətlər Liqası, III tur
A Liqası
3-cü qrup
22:45. İngiltərə - İtaliya
22:45. Macarıstan – Almaniya
Xal durumu: İtaliya – 4, Macarıstan – 3, Almaniya – 2, İngiltərə - 1.
4-cü qrup
22:45. Niderland – Polşa
22:45. Uels – Belçika
Xal durumu: Niderland – 6, Belçika – 3, Polşa – 3, Uels – 0.
B Liqası
1-ci qrup
17:00. Ukrayna – Ermənistan
20:00. İrlandiya – Şotlandiya
Xal durumu: Şotlandiya – 3 (1), Ukrayna 3 (1), Ermənistan – 3, İrlandiya – 0.
3-cü qrup
22:45. Monteneqro - Bosniya və Herseqovina
22:45. Rumıniya – Finlandiya
Xal durumu: Finlandiya – 4, Bosniya və Herseqovina – 4, Monteneqro – 3, Rumıniya – 0.
C Liqası
1-ci qrup
20:00. Farer adaları – Litva
22:45. Lüksemburq - Türkiyə
Xal durumu: Türkiyə - 6, Lüksemburq – 6, Farer adaları – 0, Litva – 0.