Avropa çempionatı: Azərbaycanın minifutbol yığması final oyununa çıxır

Avropa çempionatı: Azərbaycanın minifutbol yığması final oyununa çıxır

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.

"Olimpnews"un məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya seçməsi ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 22:15-də start götürəcək qarşılaşma "İdman TV"dən canlı yayımlanacaq. Yığma B qrupundakı ilk oyununda bu rəqibə 0:2 hesabı ilə uduzub.

Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlib.