"Azərbaycan yığması oyun strukturu olan yaxşı komandadır. Onlar futbolun necə oynanıldığını bilirlər və topa sahib olmağı sevirlər".
"Olimpnews"un məlumatına görə, bunu Belarus millisinin futbolçusu Ruslan Yudenkov Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
35 yaşlı müdafiəçi əhval-ruhiyyələrinin o qədər də yüksək olmadığını söyləyib: "Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi. Sabah bizim üçün ən vacib oyundur".
Qeyd edək ki, iyunun 13-də keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlayacaq.