Bu gün Konfrans Liqasında yeni mövsümün püşkü atılacaq

Bu gün Konfrans Liqasında yeni mövsümün püşkü atılacaq

Bu gün UEFA Konfrans Liqasında 2022-2023-cü illər mövsümünün ilk püşkü atılacaq. İsveçrənin Nyon şəhərindəki tədbirdə I təsnifat mərhələsinin cütlükləri müəyyənləşəcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Bu mərhələdə iştirak edəcək 60 komanda püşkatmadan öncə 6 qrupa bölünüb. Hər qrupda səpələnmişlər və səpələnməmişlər olmaqla, 10 kollektiv yer alıb.

Qeyd edək ki, Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 7-si və 14-də keçiriləcək. Azərbaycanı təmsil edəcək "Neftçi", "Zirə" və "Qəbələ" komandaları mübarizəyə II təsnifat mərhələsindən qoşulacaqlar.

 

UEFA Konfrans Liqası

I təsnifat mərhələsi

1-ci qrup

Səpələnmişlər

"Dinamo" (Tbilisi, Gürcüstan)

"Alaşkert" (Ermənistan)

"Drita" (Kosovo)

"Lexiya" (Polşa)

"Milsami" (Moldova)

Səpələnməmişlər

"İnter" (Finlandiya)

"Panevejis" (Litva)

"Payde" (Estoniya)

"Pandev Akademiyası" (Makedoniya)

"Hamrun Spartans" (Malta)

2-ci qrup

Səpələnmişlər

"KuPS" (Finlandiya)

"Laçi" (Albaniya)

"Mura" (Sloveniya)

"Liepaya" (Latviya)

"Jalgiris" (Litva)

Səpələnməmişlər

"Sfıntul George" (Moldova)

"Rujomberok" (Slovakiya)

"Dila" (Gürcüstan)

"Gilyani" (Kosovo)

"İskra" (Monteneqro)

3-cü qrup

Səpələnmişlər

"Olimpiya" (Lyublyana, Sloveniya)

"Buduçnost" (Monteneqro)

"B-36 Torşavn" (Farer adaları)

"Qzira Yunayted (Malta)

"Sent-Cozefs" (Cəbəllütariq)

Səpələnməmişlər

"Borats" (Bosniya və Herseqovina)

"Larn" (Şimali İrlandiya)

"Differdanj" (Lüksemburq)

"Atletik" (Andorra)

"Lapi" (Kosovo)

4-cü qrup

Səpələnmişlər

"Bala-Taun" (Uels)

"Breydablik" (İslandiya)

"Europa" (Cəbəllütariq)

“Dunayska Streda” (Slovakiya)

"Fola" (Lüksemburq)

Səpələnməmişlər

"Víkinqur" (Farer adaları)

"Tre Fyori" (San Marino)

"Slayqo Rovers" (İrlanidya)

"Kliftonvill" (Şimali İrlandiya)

"Santa-Koloma" (Andorra)

5-ci qrup

Səpələnmişlər

"Şkendiya" (Şimali Makedoniya)

"Dinamo" (Minsk, Belarus)

"Partizani" (Albaniya)

"Tre Penne" (San Marino)

"Petrokub" (Moldova)

Səpələnməmişlər

"Saburtalo" (Gürcüstan)

"Floriana" (Malta)

"Ararat" (Ermənistan)

"Tuzla Siti" (Bosniya və Herseqovina)

"Deçiç" (Monteneqro)

6-cı qrup

Səpələnmişlər

"Flora" (Estoniya)

"Poqon" (Polşa)

"Kruseyders" (Şimali İrlandiya)

"HB Torşavn" (Farer adaları)

"Riga" (Latviya)

Səpələnməmişlər

"Bruno S Meqpays" (Cəbəllütariq)

"Derri Siti" (İrlandiya)

"Seynyayoki" (Finlandiya)

"Nyutaun" (Uels)

"Reykyavik" (İslandiya)