“Kral klubu”ndan ayrılan Marselo Türkiyə klubuna keçə bilər

“Kral klubu”ndan ayrılan Marselo Türkiyə klubuna keçə bilər

İspaniyanın "Real" klubundan ayrılan Marselo karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirə bilər. İstanbul təmsilçisi 34 yaşlı “sambaçı” ilə yaxından maraqlanır. Türkiyə klubu yaxın günlərdə braziliyalı müdafiəçini heyətinə qatmaq üçün ona rəsmi təklif göndərəcək. O,”Fənərbağça” klubuna keçəcəyi təqdirdə ildə təxminən 6 milyon avro qazanmaq istəyir. Marselo ilə Qətər və Braziliya klubları da maraqlanır. Lakin o, Avropada qalmağı və Çempionlar Liqasında oynamağı istəyir.