Qətərdəki dünya çempionatında yeni texnologiya tətbiq oluna bilər

Qətərdəki dünya çempionatında yeni texnologiya tətbiq oluna bilər

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB)  ofsayd vəziyyətini aşkar edən və süni intellekt tərəfindən idarə olunan yarımavtomatik VAR texnologiyasını Qətərdə keçiriləcək dünya çempionatında tətbiq edə bilər. Qurumun fikrincə, oyundankənar vəziyyətə qərar vermək üçün tələb olunan vaxt bəzi hallarda dörd dəqiqəyə çatır ki, bu da ciddi problemdir. FİFA tərəfindən hazırlanmış yarımavtomatik texnologiya bu vaxtı 3-4 saniyəyə qədər azaltmalı, VAR-ı daha sürətli və dəqiq məlumatla təmin etməlidir.
FİFA-nın hakimlər xidmətinin rəhbəri Pyerluici Kollina mümkün yeniliyi şərh edib: “Əminəm ki, biz bunu edə bilərik. Biz dəqiqlik, daha sürətli və daha məqbul həllər əldə etmək istəyirik. Yeni sistem qol keçidi texnologiyası ilə eyni prosesdən istifadə edir və biz texnologiyanın futbol ictimaiyyəti tərəfindən çox yaxşı qarşılandığını gördük".
Bildirilib ki, oyundankənar vəziyyətləri aşkar edən yarımavtomatik VAR texnologiyası həm də oyundankənar vəziyyət qərarının əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş qrafik vizuallaşdırılmasını təmin edəcək və təkrarlar 25 saniyə ərzində yayımçılar və stadion ekranları üçün əlçatan olacaq.