Sabah Şuşada beynəlxalq konfrans keçiriləcək.
Olimpnews.az-ın xəbərinə görə, Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçiriləcək konfransda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri iştirak edəcək.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq.
Daha sonra Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələr keçiriləcək.