DÇ-2022-nin əsas favoritləri açıqlandı - SİYAHI

DÇ-2022-nin əsas favoritləri açıqlandı - SİYAHI

İngiltərənin "The Guardian" qəzeti DÇ-2022-nin əsas favoritlərini açıqlayıb.

OlimpNews.Az xəbər verir ki, nüfuzlu nəşr Argentina millisinin Qətərdə keçiriləcək mundialın qalibi olmaq şansını ən yüksək dəyərləndirib.

Britaniyalı jurnalistlər "ağ-mavilər"in DÇ-2022-nin seçmə mərhələsində sərgilədiyi oyunu və "Finalissima"da İtaliyanı 3:0 hesabı ilə darmadağın etməsini önə çəkərək bu komandanı əsas favorit qismində təqdim ediblər.

İkinci sırada Braziliyaya yer ayrılıb. "Pentakampionlar"ın 2021-ci ildə keçirilən Amerika Kubokunun finalında Argentinaya uduzması qabardılıb.

Əsas favoritlər arasında 3-cü pilləyə İspaniya seçməsi layiq görülüb. Luis Enrikenin komandasındakı istedadlı gənclərin, əsasən də Qavi və Pedrinin üstünlüklərini qabardan qəzet "vuran ayaq" probleminə də toxunub.

İlk "onluq"dakı digər yığmalar isə uyğun olaraq  Niderland, Almaniya, Fransa, Danimarka, Belçika, Portuqaliya və İngiltərə milliləridir. Reytinqi Cənubi Koreya, Kosta-Rika, Qətər, Avstraliya və Səudiyyə Ərəbistanı seçmələri qapayır.//fanat.az