“Golden Boy-2022” mükafatına namizədlər müəyyənləşdi

“Golden Boy-2022” mükafatına namizədlər müəyyənləşdi

Bu il “Golden Boy” mükafatına namizədlərin siyahısı müəyyənləşib. Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusunun yer aldığı siyahıda 100 futbolçunun adı dərc edilib.
Namizədlər arasında Dortmund “Borussiya”sının yarımmüdafiəçiləri Cud Bellingem və Kari Adeyemi, “Real Madrid”in yarımmüdafiəçisi Eduardu Kamavinqa, “Barselona”nın futbolçuları Pedri, Fati və Qavi, “Bavariya”nın yeni futbolçusu Rayan Qravenberç, Kiyev “Dinamo”sunun müdafiəçisi İlya Zabarnı və başqaları var.
Qeyd edək ki, 2003-cü ildə ovaxtkı “Ayaks”ın yarımmüdafiəçisi Rafael van der Vart mükafatın ilk sahibi olub. “Tuttosport” mükafatının hazırkı qalibi “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi Pedridir.