Almaniya Bundesliqasında yeni mövsümün təqvimi açıqlanıb

Almaniya Bundesliqasında yeni mövsümün təqvimi açıqlanıb

Almaniya Bundesliqasında 2022/2023 mövsümünün təqvimi açıqlanıb.

"Olimpnews" xəbər verir ki, yeni mövsüm avqustun 5-də start götürəcək. Açılış matçında "Ayntraxt" son çempion "Bavariya"nı qəbul edəcək.

Növbəti gün isə vitse-çempion Dortmund "Borussiya"sı bürünc mükafatçı "Bayer"lə qarşılaşacaq.

Ölkə çempionatının sonuncu - 34-cü turu mayın 27-də oynanılacaq.

Yeni mövsümün tam təqvimi ilə bu linkdən tanış olmaq olar.