Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində iyunun 19-na gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 20-22°, gündüz 27-31°, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36°, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacaq.