"Traktor" klubunun yeni baş məşqçisi açıqlanıb

"Traktor" klubunun yeni baş məşqçisi açıqlanıb

İranın "Traktor" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

"Olimpnews" Təbriz klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Kurban Berdıyev təyin olunub.

70 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Rusiyalı baş məşqçi əsas komanda ilə yanaşı, klubun akademiyasına və bütün bütün yaş qruplarına nəzarət edəcək.

Qeyd edək ki, son klubu Qazaxıstan klubu olan Kurban Berdıyev "Traktor"un sükanı arxasında Ertuğrul Sağlamı əvəzləyib.