Ukrayna klublarının yeni mövsümdə avrokubok matçlarını keçirəcəkləri ölkə bəlli olub.
"Olimpnews" yerli mətbuata istinadən xəbər verir ki, ölkə təmsilçiləri rəqiblərini Polşada qəbul edəcək.
Ukraynanın Çempionlar Liqasındakı təmsilçiləri - Donetsk "Şaxtyor"u ev matçlarıını paytaxt Varşavada, Kiyev "Dinamo"su isə Vrotslav şəhərində oynayacaq.
UEFA Konfrans Liqasında mübarizə aparacaq "Zarya" və "Vorskla" Lodz şəhərini seçiblər. Avropa Liqasına vəsiqə qazanan "Dnepr-1" komandası isə hələlik seçim etməyib.
Qeyd edək ki, Ukrayna yığmaları və klubları ölkədəki müharibə səbəbindən beynəlxalq arenadakı ev oyunlarını neytral meydanda keçirirlər.