Şahmatçımız 9 xalla qitə çempionu oldu

Şahmatçımız 9 xalla qitə çempionu oldu
Çernoqoriyanın Budva şəhərində gənclər arasında şahmatın blits və rapid (sürətli) növləri üzrə Avropa çempionatı keçirilib.
Yarışda 10 yaşlı uşaqlar arasında Azərbaycanı şahmatçı Gövhər Beydullayeva təmsil edib. Zəka sahibimiz rapid növü üzrə keçirilən çempionatın son turunda macarıstanlı Rebekka Olleni məğlub edərək, hesabına doqquzuncu xalı yazdırıb. Bununla da təmsilçimiz yaşıdları arasında rapid üzrə turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, Gövhər Beydullayeva blits üzrə keçirilən yarışları ikinci pillədə başa vurub.