“Bu günə qədər “YAŞAT” Fonduna daxil olan vəsaitdən 61 114 757.86 manatdan çoxu xərclənib”.
Olimpnews.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
Fond rəhbəri qeyd edib ki, bu günə qədər Fonda ümumilikdə 73 781 435,79 manat vəsait daxil olub.
"Xərclənən vəsaitdən savayı 12 milyon manatdan çoxu Fondun balansında qalıb”, - deyə o əlavə edib.
E.Hüseynov bildirib ki, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb. Ötən dövr ərzində reallaşmış ödəniş sayı 21 848-dir.
“YAŞAT” Fondunun xərclədiyi vəsaitin həcmi açıqlandı