"Turan Tovuz" ilk transferlərini gerçəkləşdirib - FOTO

"Turan Tovuz" ilk transferlərini gerçəkləşdirib - FOTO

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" ilk transferlərini gerçəkləşdirib.

Klubun Mətbuat xidmətindən "Olimpnews"a verilən məlumata görə, Tovuz təmsilçisi qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevi heyətinə qatıb.

Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu "Şamaxı" olub.