"Neftçi" rumıniyalı məşqçi ilə müqavilə bağlayıb

"Neftçi" rumıniyalı məşqçi ilə müqavilə bağlayıb

“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi Florin Tene ilə 2 illik müqavilə bağlanıb.

Tene 1968-ci il noyabrın 10-da Rumıniyanın Buxarest şəhərində anadan olub, 2001-ci ildə məşqçiliyə başlayıb. Rumıniya U-21 milli komandası (2002-2012) ilə yanaşı, bu ölkənin “Sportul Studentsesk” (2001-2002, 2010-2011), “Dinamo-2” (Buxarest, 2005-2006), “Proqresul” (2007-2009), “Otopen” (2009-2010), “Petrolul” (2012-2013), “Dinamo” (Buxarest, 2013), “Styaua” (2013-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarında işləyib.

53 yaşlı mütəxəssis “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında "ağ-qaralar"ın hazırkı baş məşqçisi Laurentsiu Regekampfın köməkçilərindən biri olub.

Qeyd edək ki, "Neftçi"də bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.