"Sumqayıt" Türkiyə klubundan ayrılan futbolçunu transfer edib

"Sumqayıt" Türkiyə klubundan ayrılan futbolçunu transfer edib

2022/2023 mövsümünə hazırlaşan "Sumqayıt" ilk futbolçu transferini gerçəkləşdirib.

"Olimpnews" klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü Türkiyənin "Keçiörengücü" klubunda keçirmiş Vüsal İsgəndərlini heyətinə qatıb.

27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vüsal İsgəndərli karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə” və “Şamaxı” klublarının da şərəfini qoruyub. O, Azərbaycan milli komandasında 3 oyun keçirib.