Rusiyalı tanınmış futbolçu vəfat edib

Rusiyalı tanınmış futbolçu vəfat edib

Rusiyanın "Dinamo" (Moskva) klubunun sabiq futbolçusu Yevgeni Sesyunin dünyasını dəyişib.

"Olimpnews" yerli mətbuata istinadən xəbər verir ki, rusiyalı veteran yarımmüdafiəçi 80 yaşında vəfat edib.

Qeyd edək ki, Yevgeni Sesyunin futbolçu karyerası ərzində ölkəsinin "Metallurq", "Lokomotiv" (Sverdlovsk), "Uralmaş" və "Zvezda" (Perm) klublarında da çıxış edib.